BAKI, 3 mart. TELEQRAF
2026-cı ilin yanvarında Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 14,4 milyon ABŞ dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın sayında qeyd olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 62,8% azalma deməkdir. İdarə 2025-ci ilin yanvarında 38,7 milyon dollarlıq məhsul ixrac etmişdi.
“Socar Polymer” MMC isə ötən ay 14,9 milyon dollarlıq qeyri-neft ixracı reallaşdırıb. Ötən ilə müqayisədə bu göstərici 1,3% azalıb.