BAKI, 3 mart. TELEQRAF

Region ölkələrində hotellərdə yerləşən ABŞ hərbçiləri İran tərəfindən hücum hədəfi kimi qiymətləndiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi dövlət televiziyasına müsahibəsində bildirib.

“Əgər amerikalı əsgərlər hotellərdə gizlənir və orada sığınırsa, bu, İranın onlara qarşı hücumdan imtina etməsi üçün əsas deyil”, - deyə Əraqçi vurğulayıb.

Nazir əlavə edib ki, ABŞ hərbçilərinin yerləşdiyi istənilən obyekt Tehran tərəfindən potensial hərbi hədəf kimi nəzərdən keçirilə bilər.