BAKI, 3 dekabr. TELEQRAF

"Moskva Ukrayna müharibəsi üzrə nizamlanma danışıqlarını hazırda yalnız ABŞ ilə aparır".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna üzrə aparılan danışıqların məzmununun gizli qalması barədə razılığa gəliblər:

“Tərəflər bu mövzuda sakit və qapalı formatın daha effektiv olacağı qənaətindədirlər”.