BAKI, 3 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Steven Uitkoff arasında baş tutan görüş konstruktiv, faydalı və məzmunlu olub.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, tərəflər arasında aparılan danışıqlar səmərəli və işgüzar mühitdə keçib.