BAKI, 26 noyabr. TELEQRAF

Əbu-Dabidə Rusiya və ABŞ nümayəndə heyətləri görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müntəzəm olaraq həssas məsələləri müzakirə edirlər. Son görüşlərdən birində gözlənilməz bir durum da baş verib. ABŞ-nin yeni nümayəndəsi Əbu-Dabidə Ukrayna nümayəndə heyəti ilə danışıqlar aparıb, eyni zamanda gözlənilməz şəkildə Rusiya nümayəndəsi ilə də görüş keçirib",- o qeyd edib.