BAKI, 5 noyabr. TELEQRAF

Nyu-Yorkun növbəti meri demokrat-sosialist Zokhran Mamdani olacaq.

Teleqraf xəbər verir ki, bu barədə MSNBC telekanalı məlumat yayıb.

Məlumata əsasən, Mamdani müstəqil namizəd Endryu Kuomo və respublikaçı Kertis Sliveni məğlub edərək 50,35% səs toplayıb.

***

06:45

Nyu-Yorkda keçirilən mer seçkilərində sosialist namizəd Zöhran Mamdani liderliyini qoruyur.

Teleqraf xəbər verir ki, bu barədə "Decision Deskin" portalı məlumat yayıb.

Bildirilir ki, protokolların 25 faizi hesablandıqdan sonra Mamdani 50,3 faiz səs toplayıb və hazırda birinci yerdədir.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Mamdaninin qalib gələcəyi təqdirdə Nyu-Yorka dövlət dəstəyini məhdudlaşdıracağı ilə hədələyib.

Seçki nəticələrinin yekun açıqlanması yaxın saatlarda gözlənilir.