BAKI, 26 sentyabr. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Moskvadan Nyu-Yorka gedir.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesablarında bildirib.
Qeyd edək ki, Nikol Paşinyan sentyabrın 25-də Rusiyaya səfər edib və Moskvada keçirilən "Beynəlxalq Atom Həftəsi" konfransında iştirak edib.