BAKI, 19 sentyabr. TELEQRAF
Belarus hökuməti çexiyalı diplomatı "persona non qrata" (arzuolunmaz şəxs) elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilir ki, Polşa və Çexiya belaruslu diplomatları əsassız səbəblərlə ölkələrini tərk etməyə məcbur edib. Buna cavab olaraq, Çexiyanın Belarusdakı diplomatik missiyasının icraçı rəhbəri Tomaş Krıl nazirliyə çağırılıb və çexiyalı diplomatın 72 saat ərzində ölkəni tərk etməli olduğu bildirilib.
Nazirlik qeyd edir ki, bu addım Çexiya hakimiyyətinin Belarusla illərdir qərəzli münasibətinin nəticəsidir.