BAKI, 27 noyabr. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” futbol klubunun prezidenti Sərdal Adalıya zəng edib.
Teleqraf xəbər verir ki, Türkiyə Prezidenti "Batumi Arena"da təşkil olunan matçda yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsi ilə nəticələnən insident barədə məlumat alıb.
Ərdoğan prosesin gedişatını yaxından izlədiyini bildirib.
Qeyd edək ki, “Hapoel Beer Şeva” ilə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib. İnsidentə görə qarşılaşma yarımçıq dayandırılıb, daha sonra bərpa olunub.