BAKI, 26 noyabr. TELEQRAF

Xəzər dənizinin dayazlaşması bütün sahilyanı dövlətlər üçün narahatlıq doğurur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Süni intellekt dünyasına səyahət" konfransında məktəblilər və tələbələrlə görüşündə bildirib.

"Xəzər dənizinin səviyyəsi bəzən enir, bəzən qalxır. İndi daha da aşağı düşür. Bu, Xəzər regionundakı bütün ölkələr üçün narahatlıq doğurur", - deyə prezident qeyd edib.

Putin qurumuş Aral dənizini digər ekoloji problem kimi qeyd edib və hazırda suyunun son dərəcə yavaş-yavaş geri qayıtdığını bildirib. O, Xəzər dənizinin, eləcə də Aral dənizinin öyrənilməsinin müasir tədqiqatçıların qarşısında duran vacib və qlobal bir vəzifə olduğunu vurğulayıb.