BAKI, 26 noyabr. TELEQRAF
Rumıniya Prezidenti Nikuşor Dan NATO qüvvələrinin Ukrayna ərazisi üzərində uçan Rusiya dronlarını və raketlərini məhv etməsinin alyansın müharibəyə qoşulması kimi qiymətləndiriləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Digi24 telekanalı məlumat yayıb.
Rumıniya lideri eyni zamanda, məsələ ilə bağlı hər hansı yeni qərardan xəbərdar olmadığını vurğulayıb.
"Təxminən bir il əvvəl bu təhlili apararkən belə bir addımın müharibədə iştirak demək olduğu qənaətinə gəlmişdik. Əgər nəsə dəyişibsə, sizə məlumat verəcəyəm. Lakin həmin dövrdə Rumıniyanın dövlət strukturlarında aparılan müzakirələrdən bildiyim yeganə nəticə budur".