BAKI, 27 noyabr. TELEQRAF

Kubanın qərbində yerləşən Artemisa əyalətinin sahillərində Panama bayrağı altında üzən konteyner gəmisinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 12 nəfər xilas edilib, üç nəfər itkin düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Kubanın “Cubavision” telekanalı ölkənin Dəniz Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, xilas edilən ekipaj üzvlərinə tibbi yardım göstərilir, itkin düşənlərin axtarışı davam etdirilir.

Hadisənin səbəblərini müəyyənləşdirmək və axtarış-xilasetmə əməliyyatlarını gəmi sahibləri ilə birgə əlaqələndirmək üçün hökumətlərarası deyil, qurumlararası komissiya yaradılıb.

Qeyd edək ki, “Halima” adlı yük gəmisi noyabrın 26-da səhər saatlarında qəzaya uğrayıb. Göyərtəsində 208 konteyner olan gəminin 16 nəfərlik ekipajı Misir və İndoneziya vətəndaşlarından ibarət olub.