BAKI, 27 noyabr. TELEQRAF

Avropa İttifaqının (Aİ) liderləri qurumun növbəti uzunmüddətli büdcəsi ilə bağlı ilin sonunadək razılığa gəlməyə çalışacaqlar.

Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Brüsseldə keçirilən Aİ sammitindən sonra mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, noyabrın 26-da aparılan danışıqlar Almaniyanın və Aİ büdcəsinə xalis töhfə verən digər ölkələrin tələb etdiyi büdcə xərclərinin azaldılması istiqamətində irəliləyişə imkan yaradıb.

Merts noyabrın 27-də büdcə ilə bağlı yeni danışıqların keçirilməyəcəyini qeyd edib.

Almaniya Kansleri Aİ liderlərinin dekabrın 17-də başlayacaq ikigünlük sammitdə razılığa gəlməyə çalışacaqlarını bildirib.

Merts, həmçinin Aİ-nin bütün 27 üzv dövlətinin Ukraynaya yardım göstərilməsində iştirak etməli olduğu barədə mövqeyini bir daha ifadə edib.