BAKI, 17 sentyabr. TELEQRAF
Rusiya - Ukrayna münaqişəsi çətin ki, qısa müddətdə bitsin, sülh müqaviləsinin bağlanması çərçivəsində ölkələrin mövqeləri çox fərqlidir.
Teleqraf xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
"Ukraynada sülh prosesinin qısamüddətli perspektivləri ilə bağlı optimist deyiləm", - Quterreş bildirib.
O, BMT-nin dərhal atəşkəsə çağırdığını vurğulayıb. Quterreşin fikrincə, qarşısıalınmaz fikir ayrılıqlarından biri ərazi məsələsi ilə bağlı mövqedir. BMT-nin baş katibi hesab edir ki, hərbi əməliyyatlar çox güman ki, “bir müddət” davam edəcək.