BAKI, 11 sentyabr. TELEQRAF

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinərək saxlanılan şəxs azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Keş Patel bildirib.

Onun sözlərinə görə, saxlanılan şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən dindirildikdən sonra azad edilib.

***

02:53

Amerikalı siyasi fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Keş Patel bildirib.

O qeyd edib ki, Kirkin qətlində şübhəli bilinən şəxs hazırda nəzarət altındadır.

***

01:34

ABŞ Prezidenti Donald Trampın tərəfdarı olan amerikalı siyasi fəal Çarli Kirk sui-qəsd cəhdindən sonra ölüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“Böyük və hətta əfsanəvi Çarli Kirk ölüb”, - o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, heç kəs ABŞ gənclərini Kirkdən daha yaxşı anlamırdı.

***

23:42

Amerikalı siyasi fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, hücumda şübhəli bilinən şəxs saxlanılıb, araşdırma aparılır.

Çarli Kirkin sui-qəsd cəhdindən əvvəl sonuncu paylaşımı ABŞ-də öldürülən ukraynalı qadınla bağlı olub.

“Əgər nəyinsə dəyişməsini istəyiriksə, İrina Zarutskayanın mənasız qətlini tamamilə siyasiləşdirmək lazımdır , çünki 14 məhkumluğu olan vəhşi canavarın azadlığa çıxmasına və onu öldürməsinə məhz siyasət imkan verib”, - Kirkin Telegramdakı paylaşımında qeyd olunub. .

Söhbət avqust ayında Amerikanın Şarlotta şəhərində afroamerikalı tərəfindən bıçaqlanaraq öldürülən ukraynalı İrina Zarutskayadan gedir .

ABŞ prezidenti Donald Tramp Çarli Kirkin həyatı üçün dua edib.

"Biz hamımız güllələnən Çarli Kirk üçün dua etməliyik. Hər cəhətdən əla oğlandır", - Tramp "Truth Social"da yazıb.

Çarli Kirkin son durumu bəlli deyil.