BAKI, 17 dekabr. TELEQRAF
“Ukraynadakı müharibənin sonu yalnız ABŞ Prezidenti Donald Trampdan asılı olsaydı, bu, çoxdan baş verərdi”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Həmçinin, o, ABŞ və Trampdan çox şeyin asılı olduğunu bildirib.
“Əgər bu, yalnız Trampdan asılı olsaydı, müharibə çoxdan bitmiş olardı. Burada iki münaqişə tərəfi var - Rusiya və Ukrayna. Biz də ora əlavə edilmişik, biz bu münaqişə ilə həmsərhədik və hadisələrin orada necə inkişaf edəcəyi və necə bitəcəyi bizim üçün vacib deyil. Buna görə də, bu, çoxşaxəli bir prosesdir. Tramp bu məsələni təkbaşına həll edə bilməyəcək”, - Belarus lideri vurğulayıb.
Lukaşenko hesab edir ki, müharibənin başladığı il Tramp prezident olsaydı, bu, baş verməyəcəkdi:
“Amma olanlar oldu. İndi çox şey Trampın və Amerika Birləşmiş Ştatlarının mövqeyindən asılıdır. Çox şey. Əsas odur ki, Tramp bu mövqeyindən geri çəkilməsin”.