BAKI, 17 dekabr. TELEQRAF

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24 kiloqram 115 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) ilə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı birgə məlumatda bildirilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.