BAKI, 17 dekabr. TELEQRAF
“Vladimir Putin də, Volodimir Zelenski də sülh istəyir, amma onların müharibənin necə bitməli olduğuna dair fikirləri fərqlidir”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Əgər bu münaqişə və eskalasiya davam edərsə, Avropa və dünya üçün pis nəticələnə bilər. Bu, mütləq bir növ qlobal münaqişəyə çevriləcək. Buna görə də, o, indi söndürülməlidir”, - Belarus lideri vurğulayıb.