BAKI, 17 dekabr. TELEQRAF

“Mənim hansısa xüsusi, konkret gözləntim yoxdur ki, nəsə dəyişəcək. Son iki il ərzində Avropa İttifaqının “Gürcü Arzusu” rejiminə münasibətdə tutduğu xətt qorunub saxlanılacaq”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın müxalif Federalistlər Partiyasının üzvü Tenqo Kirtadze deyib.

“Əgər nəticə etibarilə Gürcüstanda rejim demokratik alternativlə əvəz olunmasa, ölkə 30 il ərzində Avropa İttifaqı yolunda qurduğu hər şeyi itirəcək”, - siyasətçi vurğulayıb.