BAKI, 16 dekabr. TELEQRAF
Niderland Ukraynaya 950 milyon avroluq hərbi yardım paketi təqdim edəcək. Bunun 700 milyon avrosu dronlar üçün ayrılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Ruben Brekelmans sosial media platforması X səhifəsində məlumat verib.
Müdafiə nazirinin sözlərinə görə, münaqişə hələ bitmədiyi üçün diplomatik irəliləyişlərə baxmayaraq dəstək vermək qərarı verilib. Bu paket çərçivəsində əlavə 250 milyon avro Amerika silahlarının alınması üçün nəzərdə tutulub.