BAKI, 17 dekabr. TELEQRAF

Məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra mallar alınacaq.

Teleqraf xəbər verir ki, bununla əlaqədar Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “LN TRADING” Məhdud Məsuliyyətli Cəmiyyəti ( MMC) ilə müqavilə imzalayıb.

Müqavilə şərtlərinə əsasən, nəzərdə tutulan malların alınması üçün “LN TRADING” MMC-yə 9 milyon 765 min 975 manat ödəniləcək.

Layihə çərçivəsində məktəbəqədər təhsil müəssisələri üçün soyuducu, soba, samovar, televizor, tozsoran, kondisioner, mikser, blender, fen, dondurucu, printer, ütü və ətçəkən maşın kimi avadanlıqların alınması nəzərdə tutulur.

Qeyd edək ki, layihə üzrə işlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Məlumat üçün bildirək ki, “LN TRADING” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. 2 010 manat nizamnamə kapitalına malik olan şirkətin qanuni təmsilçisi Cəfərov Ramin Nəcəf oğludur.