BAKI, 17 dekabr. TELEQRAF
İtaliya Baş naziri Corciya Meloni Berlində Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına həsr olunmuş danışıqlarda “Avropanın əsas aktoru” kimi təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşr yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin əhatəsində olarkən, danışıqların mərkəzində - onun yanında Corciya Meloni əyləşib:
“Diplomatik xoreoqrafiyada belə bir vəziyyətin təşkili vacibdir. İtaliya lideri əsas Avropa aktoru kimi təqdim olunub”.
Nəşrin məlumatına görə, İtaliya liderinin Avropa İttifaqındakı müttəfiqləri onun danışıqlarda mühüm rol oynayacağını gözləyirlər.