BAKI, 17 dekabr. TELEQRAF

Avstraliyanın Sidney şəhərində "Bondi Beach" çimərliyində baş verən terror aktı ilə əlaqədar Milad bayramı tədbirləri məhdud formatda keçiriləcək.

Teleqraf xəbər verir ki, bu barədə "9News" telekanalı məlumat yayıb.

Məlumata görə, şəhər üzrə bir sıra rəsmi tədbirlər 21 dekabr tarixinədək ləğv edilib. Qurbanlara hörmət əlaməti olaraq Sidneyin müxtəlif yerlərində ənənəvi rəngli Milad işıqları ağ girlandalarla əvəz olunacaq.

Şəhər meydanlarında Milad ağacları ətrafında planlaşdırılan işıq və səs şouları keçirilməyəcək, “Şəhərdə Milad ilahiləri” adlı musiqi proqramı isə həftənin sonunadək dayandırılıb. Bundan əlavə, Darling Harbor körfəzində planlaşdırılan bəzi bayram fişəngləri də ləğv olunub.