BAKI, 17 dekabr. TELEQRAF

Ermənistanın Qırğızıstandakı səfiri Armen Gevondyanla Qırğızıstan müdafiə nazirinin birinci müavini polkovnik Talaybek Şarşeyev arasında görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.

Görüş zamanı Ermənistanın Qırğızıstandakı səfirliyinə təyin olunmuş yeni hərbi attaşe polkovnik Araik Noroyanın təqdimatı olub.

Görüşdə Ermənistan və Qırğızıstan Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və hərbi-texniki əməkdaşlıq da daxil olmaqla, onun gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.