BAKI, 17 dekabr. TELEQRAF
Slovakiyanın paytaxtı Bratislavada hökumət əleyhinə etiraz aksiyası keçirilib.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, aksiya hökumət binası qarşısında baş tutub.
Etirazçılar anti-hökumət şüarları səsləndirib, bəziləri Slovakiya bayraqları və plakatlar qaldırıb.
Aksiya ölkədə sosial-siyasi vəziyyətlə bağlı narazılıqlar fonunda təşkil olunub.