BAKI, 17 dekabr. TELEQRAF
Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın NATO-ya üzvlüyünün heç vaxt real olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Siyarto bu barədə" RİA Novosti"yə açıqlamasında deyib. Onun sözlərinə görə, Ukraynanın alyansa üzvlük məsələsi heç vaxt Prezident Volodimir Zelenskidən asılı olmayıb:
“Buna diqqət yetirməyə dəyməz. Bu, heç vaxt ondan asılı olmayıb və real olmayıb. Çünki qərarı alyansın üzv dövlətləri verir. Bunun heç bir əhəmiyyəti yoxdur”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "Bild" qəzeti mənbələrə istinadən Kiyevin NATO-ya üzvlükdən imtina və seçkilərin keçirilməsi imkanını nəzərdən keçirdiyini yazmışdı.