BAKI, 17 dekabr. TELEQRAF

İngiltərənin "Çelsi" klubunun keçmiş qapıçısı Eduard Mendi Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası ilə müqaviləsini yeniləyib.

Teleqraf xəbər verir ki, 33 yaşlı seneqallı futbolçu ilə 2028-ci ilə qədər müddəti olan sözləşmə imzalanıb.

Hazırda Səudiyyə Ərəbistanı liqasında dördüncü yerdə qərarlaşan klub bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Qeyd edək ki, Eduard Mendi 2023-cü ildə "Çelsi"dən "Əl-Əhli"yə keçib.