BAKI, 17 dekabr. TELEQRAF
İngiltərənin "Mançester Yunayted" və "Tottenhem" klubları Almaniya “Köln”ünün futbolçusu Səid El Mala ilə maraqlanır.
Teleqraf “Bild”ə istinadən xəbər verir ki, hər iki Premyer Liqa klubu mövsümün sonunda 19 yaşlı cinah oyunçusu üçün danışıqlara başlayacaq.
"Mançester Yunayted" El Mala üçün 26-35 milyon funt sterlinq xərcləməyə hazırdır.
Qeyd edək ki, Səid El Mala cari mövsüm ərzində meydana çıxdığı 16 oyunda 6 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Onun “Köln”lə müqaviləsi 2030-cu ilin yayına qədərdir.