BAKI, 16 dekabr. TELEQRAF
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya hələlik ABŞ və Ukrayna nümayəndələri arasında münaqişənin həlli ilə bağlı danışıqların nəticələri barədə məlumat almayıb.
Teleqraf xəbər verir ki, Kremlin sözçüsü danışıqların nəticələrini gözlədiyini deyib: "Əvvəlcə nə baş verəcəyini görməliyik".
Qeyd esək ki, 14-15 dekabr tarixlərində Berlində Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika və Ukrayna nümayəndə heyətləri arasında görüşlər keçirilib.