BAKI, 17 dekabr. TELEQRAF

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-nin Venesuela neftini daşıyan tankerə hücumunu “piratçılıq” adlandıraraq dünya portlarında beynəlxalq etiraz aksiyaları keçirməyi təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Venesuela İşçi Sinfi Konqresində çıxışı zamanı bildirib.

Maduro vurğulayıb ki, neft, qaz və liman işçilərinin peşə birlikləri bütün dünya limanları ilə əlaqə saxlayaraq ABŞ hökumətinin “piratçılığına” qarşı kütləvi etiraz aksiyaları təşkil etməlidir.

Prezident qeyd edib ki, işçilər bütün dünyada təşkilatlanaraq dünyanın mallarını oğurlamağa haqqı olduğunu düşünənlərə qarşı etiraz etməli, talan və "piratçılığa" yox deməlidirlər.