BAKI, 17 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın reytinqi vəzifəyə başladığı vaxtdan bəri ən aşağı səviyyəyə yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu "Reuters" və "Ipsos" agentliklərinin keçirdiyi sorğudan məlum olub.

Sorğunun nəticələrinə görə, amerikalıların 39 faizi Trampın prezident kimi fəaliyyətini bəyənir, 59 faizi isə onu dəstəkləmir. Respondentlərin qalan hissəsi mövqe bildirməyib.

Araşdırmaya əsasən, iştirakçıların yalnız 33 faizi Tramp administrasiyasının iqtisadi siyasətini effektiv hesab edir, 58 faiz isə bu kursdan narazıdır. Miqrasiya ilə bağlı qərarlar isə sorğuda iştirak edənlərin 41 faizi tərəfindən müsbət, 52 faizi tərəfindən mənfi qiymətləndirilib.

"Reuters" və "Ipsos"un müntəzəm sorğularına görə, Trampın ikinci prezidentlik dövründə reytinqi yalnız bir dəfə 2025-ci ilin noyabrında 39 faizdən aşağı düşərək 38 faiz olub. Ən yüksək göstərici isə yanvar ayında qeydə alınıb (47 faiz).

Sorğu 12-15 dekabr tarixlərində ABŞ-də 1 016 yetkin respondent arasında keçirilib.