BAKI, 17 dekabr. TELEQRAF
Amerikalı rejissor və aktyor Rob Raynerin oğlu Nik Raynerə valideynlərini qətlə yetirməkdə ittiham irəli sürüləcək.
Teleqraf xəbər verir ki, bu barədə Los-Anceles dairə prokuroru Natan Hokman mətbuat konfransında məlumat verib.
Prokurorun sözlərinə görə, Nik Rayner iki maddə üzrə birinci dərəcəli qəsdən adam öldürmə ittihamı ilə mühakimə olunacaq. İttihamlar dekabrın 16-da rəsmən irəli sürüləcək və bundan sonra o, məhkəməyə çıxarılacaq.
Təqsiri sübuta yetirilərsə, Nik Rayneri şərti azad olunma hüququ olmadan ömürlük həbs və ya ölüm cəzası gözləyə bilər. Prokurorluq hələlik ölüm cəzasının tələb olunub-olunmayacağı ilə bağlı yekun qərar verməyib.
Daha əvvəl "People" jurnalı mənbələrə istinadən Rob Rayner və həyat yoldaşının Los-Ancelesdəki evlərində öz oğulları tərəfindən qətlə yetirildiyini yazmışdı. Bildirilir ki, Nik Rayner 2016-cı ildə yeniyetmə yaşlarından narkotik istifadə etdiyini etiraf edib.