BAKI, 17 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sanksiya siyahısına daxil edilmiş neft tankerlərinin Venesuelaya gedən və ya ölkə sularından çıxan hərəkətinin bloklanacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, qərar sanksiya altında olan bütün neft daşıyan gəmilərə şamil olunacaq.
“Bu gündən etibarən Venesuelaya daxil olan və ya ölkə sularını tərk edən sanksiyalı neft tankerlərinin tam və qəti şəkildə bloklanmasını əmr edirəm”, - ABŞ prezidenti bildirib.