BAKI, 17 dekabr. TELEQRAF
Nazirlər Kabinetinin dövlət orqanlarının aparatlarının adları ilə bağlı qərarında dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına, habelə “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliklərin icrasını təmin etmək məqsədilə qəbul olunub.
Sənədə əsasən, Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” siyahısından “Televiziya və Radio Şurasının Aparatı” sözləri çıxarılıb.