BAKI, 17 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun tətbiq etdiyi gömrük tarifləri ölkənin ticarət defisitini iki dəfədən çox azaldıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
"Yaxınlarda dərc edilmiş məlumatlar göstərir ki, tariflər ABŞ-nin ticarət defisitini iki dəfədən çox azaldıb", - Tramp bildirib.
O, həmçinin qeyd edib ki, gələcəkdə bu göstərici yalnız artacaq.