BAKI, 17 dekabr. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) 2026-cı ildə Prezident Rəcəb Tayyib Ərdoğana Konstitusiya dəyişikliyi ilə bağlı təkliflər təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Ekonomim” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilir ki, bu çərçivədə hakimiyyət prezident idarəetmə formasında bir sıra dəyişikliklər edə bilər.
“Cümhuriyet” qəzeti də hakim partiyaya istinadla AKP-nin yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə erkən prezident seçkilərinin keçirilməsi imkanını nəzərdən keçirdiyini yazıb.
Qeyd olunur ki, AKP məsləhətləşmələrdən sonra təklif və şərhləri özündə əks etdirən hesabat hazırlayıb Prezident Ərdoğana təqdim etməyi planlaşdırır.