BAKI, 7 sentyabr. TELEQRAF
Rusiya gecə saatlarında Ukraynaya qarşı növbəti kütləvi PUA hücumu həyata keçirilib.
Teleqraf xəbər verir bu barədə Ukrayna KİV məlumat yayıb.
Ukraynanın Baş naziri Yuliya Sviridenkonun açıqlamasına görə, müharibə başlayandan bəri ilk dəfə hökumət binası zərbələr nəticəsində zədələnib.
"Binanın damı və yuxarı mərtəbələri dağılıb. Yanğınsöndürənlər hazırda alovu söndürür. Onların fədakar əməyinə görə təşəkkür edirəm. Binaları yenidən inşa etmək olar, amma insan həyatını geri almaq olmur. Düşmən hər gün xalqımızı terrorla üz-üzə qoyur və öldürür", - Sviridenko bildirib.