BAKI, 5 sentyabr. TELEQRAF

Yaponiyadan Ermənistana qayıdarkən Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkədə “dayanıb”.

Teleqraf xəbər verir ki, bu barədə Paşinyan öz sosial şəbəkə hesabında məlumat yayıb.

“Geri dönərkən Monqolustan və Qazaxıstanda qısa dayanacaqlar etdik”, - o bildirib.

Xatırladaq ki, N.Paşinyan bir neçə gün öncə Çinə, oradan isə Yaponiyaya səfər edib.