BAKI, 31 avqust. TELEQRAF

Ukraynanın təhlükəsizlik qüvvələri Ali Radanın keçmiş spikeri Andriy Parubinin qatilinin hadisə yerindən qaçma yollarını müəyyənləşdirir.

Teleqraf xəbər verir ki, bu barədəPolitika Stranı” Telegram kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, hüquq-mühafizə orqanları şübhəli şəxsin hərəkətlərini kameralar vasitəsilə izləyir onun kuryer formasını necə əldə etdiyini öyrənməyə çalışırlar.

Onlar həmçinin qatlin şəxsiyyətini mümkün cinayət ortaqlarını müəyyən etmək üçün telefon nömrələrini kirayə götürdükləri mənzilləri yoxlayırlar.

Qatilin çatdırılma xidmətinin rəsmi işçisi olması versiyası da yoxlanılır, lakin bu, az inandırıcıdır. Çox güman ki, o, formanı alıb və ya oğurlayıb. Bu səbəbdən analoji oğurluq və satış elanları ilə bağlı məlumatlar öyrənilir.