BAKI, 31 avqust. TELEQRAF

Amerikalı aktyor Stiven Siqal və oğlu Dominikə məxsus şirkəti Volqoqrad vilayətində plastik emalı zavodu tikəcək.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Mixail Zamarin bildirib.

Məlumatda deyilir: "Biz ilk birgə layihəni 2026-cı ilin yayında ə salmağı planlaşdırırıq".

M.Zamarinin sözlərinə görə, layihə 2030-cu ilə qədər Rusiyada 50 plastik təkrar emalı zavodunun tikintisini planlaşdırır.

M.Zamarin və S.Siqal şirkətlərini "Hikari MMC"-də birləşdiriblər. Bundan başqa, onun sözlərinə görə, şirkət qida, geyim, siqaret, təyyarə satışı və nanotexnoloji elmi araşdırmalarla yanaşı, çirkli plastikin təkrar emalı ilə şğul olacaq.