BAKI, 31 avqust. TELEQRAF

Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin gələcək taleyini müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə euroactive portalı yazır.

Müxtəlif ölkələr fərqli variantlar təklif edir - Polşa və Baltikyanı ölkələr tam müsadirə tərəfdarıdır, dondurulmuş aktivlərin əksəriyyətinin yerləşdiyi Belçika isə bunun avroya inamı sarsıdacağına dair narahatlıqlara görə bunu etmək istəmir.

Avropa Komissiyasının nəticələrinin hüquqi qiymətləndirilməsi ilə yanaşı, iki ay ərzində bu aktivlərdən istifadə variantlarını təqdim edəcəyi gözlənilir.

Seçimlərdən biri aktivləri digər avrozona ölkələri tərəfindən dəstəklənən Belçikada xüsusi fondda (SPV) yerləşdirmək ola bilər.

Bu, Macarıstanı Ukraynaya yardımı əngəlləmək imkanından məhrum etməlidir, çünki fonda yardım daxil olmaya bilər.