BAKI, 30 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod şəhərində ticarət obyektini pilotsuz təyyarə ilə vurub.

Teleqraf xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib .

O bildirib ki, pilotsuz təyyarənin partlaması binaya ziyan vurub. Rayon rəhbərinin sözlərinə görə, hadisə yerində xilasedicilər işləyir.

İtkilər barədə məlumat verilmir.