BAKI, 30 avqust. TELEQRAF
Moskvanın Savyolovski Məhkəməsində maraqlı bir işə baxılıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya saytları məlumat yayıb.
Məhkəmə ev kirayəsi elanlarında qaraçılara qarşı ayrı-seçkiliyi qadağan edib.
Qeyd edək ki, iddianı qaldırn prokurorluqdur. Mübahisə yaradan məqam isə ev kirayə verən şəxsin "Yalnız müsəlmanlar üçün kirayə verilir!!! Qaraçılar, zəng etməyin!" elanı olub.