BAKI, 21 avqust. TELEQRAF

Ukrayna üzrə sazişin əsas müddəaları Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Volodimir Zelenski arasında görüşdən əvvəl razılaşdırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

"Bu, yaxşı sualdır. Düşünürəm ki, əgər bürokratik yolla getsəniz, bəli", - o, Putin-Zelenski görüşündən əvvəl sazişin əsas detallarının razılaşdırılmasının mümkünlüyü barədə sualı cavablandırarkən deyib.