BAKI, 28 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafında baş verən hadisələr barədə düzgün məlumatlandırılmır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Uşakovun sözlərinə görə, Tramp yalnız Rusiyanın Ukrayna hərbi obyektlərinə endirdiyi cavab zərbələri barədə məlumat alır, lakin bu zərbələrin səbəbləri yəni, Ukrayna tərəfindən Rusiya şəhərlərinə qarşı həyata keçirilən terror hücumları barədə məlumatlandırılmır.

"Trampın çox fikri var. Amma gəldiyimiz nəticə odur ki, onu reallıq barədə kifayət qədər məlumatlandırmırlar. Xüsusilə Ukraynanın Rusiya şəhərlərinə qarşı son dövrlərdə həyata keçirdiyi kütləvi hücumları barədə məlumat verilmir. Tramp yalnız Rusiyanın cavab tədbirləri haqda xəbər tutur", – o əlavə edib.

Uşakov bu açıqlamanı Trampın “Truth Social” platformasında Rusiyanın dövlət başçısı Vladimir Putin barədə yazdığı “odla oynayır” ifadəsinə cavab olaraq verib.