BAKI, 14 may. TELEQRAF
Rusiya nümayəndə heyəti sabah İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda həm siyasi, həm də texniki xarakterli məsələləri müzakirə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakov qeyd edib ki, nümayəndə heyətinin tərkibi də məhz bu məsələlərin xarakterinə uyğun olaraq müəyyənləşdiriləcək.