BAKI. 11 may. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışacaq.

Teleqraf xəbər verir ki, bu barədə Putin jurnalistlərə açıqlamasında deyib.

Putin türkiyəli həmkarından Ukrayna ilə danışıqlar üçün məkan təqdim etməyi xahiş edəcək.

Rusiya lideri Kiyevə danışıqların mayın 15-də İstanbulda keçirilməsini təklif edib.