Amnistiya aktı Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, dörd nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyə şamil edilib.
Teleqraf xəbər verir ki, o, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsimdən azadlığa buraxılıb.
Qeyd edək ki, bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.
Elşad Kəlbəliyevin cəzasından 1 il çıxılıb.
Qeyd edək ki, Elşad Kəlbəliyev 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
İttihama görə, 2021-ci il iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.
Nəticədə Murad Ziyadov və sərnişinləri - paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, Elşad Kəlbəliyevə və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərilib.
Daha sonra Elşad Kəlbəliyev hadisə ilə bağlı istintaqa cəlb edilərək həbs olunub.
İstintaq araşdırması zamanı Elşad Kəlbəliyevin barəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Elşad Kəlbəliyev “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkənidir.
O, “Qurtuluş 93”də satış müdiri vəzifəsində çalışıb və “Əlincə” futbol klubunun prezidenti olub.