BAKI, 22 dekabr. TELEQRAF

Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv ölkələri tarixi, xüsusən də İkinci Dünya müharibəsini saxtalaşdırmaq cəhdlərinə qarşı birgə çalışmalıdırlar.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB-nin qeyri-rəsmi sammitində çıxışı zamanı bildirib.

“Ortaq tariximizin xatirəsini qorumaq və onun saxtalaşdırılmasının qarşısını almaq üçün birgə səylərimizi davam etdirməliyik. Gənclərin İkinci Dünya müharibəsində saysız-hesabsız qurbanlar bahasına qələbə qazanan atalarımızın, babalarımızın və ulu babalarımızın qəhrəmanlıqları haqqında məlumatlı olmaları üçün əlimizdən gələni etməliyik”, - Rusiya lideri qeyd edib.