
BAKI, 16 aprel. TELEQRAF
"Komandamla fəxr edirəm”.
Teleqraf xəbər verir ki, bunu Fransanın PSJ klubunun baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının 1/4 finalında İngiltərə “Aston Villa”sına 2:3 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra mətbuat konfransında deyib.
55 yaşlı mütəxəssis komandasını dünyanın ən yaxşısı adlandırıb: "Komandamla fəxr edirəm. Düşünürəm ki, dünyanın ən yaxşı komandasına sahibəm".
Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən, PSJ ümumi 5:4 hesabı ilə qalib gəlib. Paris təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsində "Arsenal" (İngiltərə) - "Real Madrid" (İspaniya) matçının qalibi ilə qarşılaşacaq.